BQP Siyasi Qurulunun iclası keçirilib

img

20-10-2012 [05:02]


Bu gün Böyük Quruluş Partiyası Siyasi Qurulunun növbəti iclası keçirilib. Partiyanın mərkəzi qərargahında gerçəkləşən toplantının gündəliyinə ölkənin ictimai-siyasi həyatına dair mühüm məsələlər daxil edilib. İctimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr mövsusunda partiya Başqanı, Millət vəkili Fazil Mustafanın əhatəli məruzəsi dinlənilib. İclaslararası dövr ərzində qərarların icra vəziyyəti və partiyanın mərkəzi və yerli qurumlarının müxtəlif tədbirlərdə təmsilçiliyi haqqında Ali Məclisin sədri Əjdər Əliyevin məlumatı iclas iştirakçılarının diqqətinə çatdırılıb. İclasda ?Sərbəst toplaşmaq azadlığı? haqqında qanunun sərtləşdirilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirilib, ?Partiya qanunvericiliyi təkmilləşdirmək məqsədilə irəli sürülən təşəbbüsləri dəstəkləsə də, KİV-də əksini tapan Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsinin əsaslandırılmasının doğru aparılmadığı, təklif oluanan dəyişikliyin Konstitusiyanın müddəları ilə ziddiyyət təşkil etdiyi qənaətindədir. Əsas Qanunda sərbəst toplaşmaq azadlığı insanların müstəsna hüququ kimi təsbit edilib. Layihədə isə hökumətin icazə vermədiyi aksiyanın iştirakçıları və təşkilatçılarına qarşı cərimələrin kəskin şəkildə artırılması nəzərdə tutulur. Cərimənin məbləğininin yüz dəfələrlə artırılması ölkənin bütövlükdə imicinə mənfi təsir etməklə bərabər, beynəlxalq təşkilatlar tərəfindən təzyiqlərin artmasına da gətirib çıxara bilər.Yaxşı olar ki, Azərbaycan bu sahədə daha mədəni ölkələrin təcrübəsindən yararlansın. ? Siyasi Qurul oktyabrın 16-da parlamentin iclasında ?Cəzaların icrası məcəlləsinə dəyişiikliklər edilməsi haqqında? Qanun layihəsinin qəbulunu müsbət addım kimi dəyərləndirilib. ?Həmin qanunun qəbulu ilə bundan sonra müəyyəm müddətə azadlıqdan məhrum edilənlər həftədə iki dəfə, ömürlük azdlıqdan məhrum edilənlər isə həftədə bir dəfə 15 dəqiqə telefonla danışmaq hüququ əldə ediblər. Partiya bu addımı insan hüquqları, humanizm, məhbusların cəmiyyətdən təcrid edilməməsi və onların reabilitasiyası baxımından, dustaqların qadağan olunan vasitələrə əl atmasınnın qarşısının alınması baxımından mütərəqqi dəyişiklik hesab edir və inanır ki,cəzaçəkmə müəssisələrində texniki və mənəvi problemlərin aradan qaldırılması bundan sonra da davam etdriləcək.? İclasda ölkənin şimal bölgəsində baş vermiş zəlzələyə hakimiyyət tərəfindən lazımi səviyyədə həssaslıq göstərilməməsi tənqid olunub: ?Son günlər ölkənin şimalında, xüsuilə də Balakəndə kifayət qədər ciddi təsir gücünə malik, dağıntı və təlafatlarla müşaiyət olunan ard-arda təbii fəlakətlər baş verməkdədir. Lakin zəlzələyə rəsmi informasiya məkanında yetərli diqqətin verilməməsi və ona əhəmiyyətsiz yanaşılması sanki, bu hadisənin Azərbaycanda deyil, dünyanın başqa bir ucqarında baş verdiyi təssüratını yaradır. Bu isə haqlı olaraq, təbii fəlakətdən ziyan çəkmiş yerli əhalinin haqlı narazılığına səsbəb olur. Partiya aidiyyatı qurumları üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmağı və insanların çarəsiz durumlarında onların möhtac olduğu diqqət və qayğının onlardan əsirgəməməyi gözləyir.? Siyasi Qurulun iclasında Rusiya və Ermənistanın yeni ortaq layihə-birgə Fövqaladə hallar Mərkəzi yartamaq niyyətlərinə münasibət bildirilb. ? Rusiyanın bu niyyətinin arxasında müharibə baş verərsə Ermənistanı tək buraxmayacağının nümayişi durur. Çünki, müharibə vəziyyəti fövqəladə hadisədir. Bir müddət əvvəl Gümrüdəki 10 hərbi obyektin qarşılıqsız Ermənistana verilməsi,Qafqaz üzrə hərbi manevrlərin keçirilməsi, mövcud hərbi bazaların saxlanma müddətlərinin uzadılması və s. Rusiyanın həmişəkindən daha artıq dərəcədə ermənilərin arxalarında olduğunun dəlilləridir. Ölkəmiz xarici siyasətində ermənilərin sərt və aqressiv mövqelərinin artmasını nəzərə almalı və müvafiq gedişlərlə bunu neytrallaşdırmağın üzərində düşünməldir.? Sonda Siyasi Qurul ölkə və bütün dünya müsəlmanlarını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Allah yolunda kəsilən qurbanların və edilən ibadətlərin qəbul edilməsini diləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA