Nigar Yaqublu yenə də həbsdə qaldı

img

18-10-2012 [06:17]


Müdafiəçilərin müsavatçı fəal Nigar Yaqubluya qaldırılmış cinayət işinə xitam verilməsi vəsatəti rədd edilib. Oktyabrın 18-də ?Media forum? saytına danışan vəkil Nemət Kərimli belə deyib. Vəkil bildirib ki, müstəntiq Rafiq Həsənov ittiham aktını hazırlayır: Güman edirik ki, bu həftə ittiham aktı məhkəməyə göndəriləcək və ən qısa zamanda məhkəmə prosesləri başlanacaq?. Nigar Yaqublu Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvüdür. O, sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi ?KAMAZ? markalı avtomaşınla toqquşub. İstintaq iddia edir ki, Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib və qəza onun təqsiri üzündən baş verib. Nigar Yaqublunun vəkilləri Elton Quliyev və Adil İsmayılov oktyabrın 15-də Daxili İşlər Nazirliyi Baş Yol Polis İdarəsinin müstəntiqi Rafiq Həsənova cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı vəsatət vermişdilər. Vəsatətdə avtomobil qəzasına VAZ-2107 markalı maşının səbəb olduğu, qəza şəraitini həmin avtomobilin yaratdığı, Nigar Yaqublunun hadisədə təqsirinin olmadığı qeyd olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA