MMP-də seçki hazırlığı davam edir

img

18-10-2012 [04:59]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyəti, rayon təşkilat sədrləri, Qadınlar Şurası və Gənclər Təçkilatının iştirakı ilə geniş toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən ictimai- siyasi hadisələr müzakirə edilərək,məsələyə siyasi qiymət verilib. Daha sonara keçən toplantılarda verilən tapşırıqların,alınan qərarların hesabatı dinlənilib .2013-cü il Prezident seçkilərinə qatılmağa qərar verən MMP rəhbərliyi rayon təşkilat sədirlərini bir daha təlimatlandırıb. İşin keyfiyyətli və səmərəliliyini təmin etmək üçün lazım olan bütün imkanlardan istifadə etmələrini tövsiyə edən rəhbərlik,bu işdə onlara maddi-mənəvi dəstək olacaqlarına söz verib. Son günlər Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqda aparılan istintaq işnin gedişatı İdarə Heyətinin gündəliyində duran əsas məsələlərdən biri olub. İstintaqın gedişatı ilə bağlı partiya üzvlərinə Müasir Musavat partiyasının sədri Hafiz Haciyev məlumat verib. Hələlik İstintaq sirri olduğundan bəzi məqamların gizli tutulduğunu qeyd edən partiya sədri məsələnin sonda Əli Kərimlinin habsi ilə yekunlaşacağına əmin olduğunu bildirib. Toplantının sonunda günün tələbinə uyğun bəzi yeni qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA