KXCP Mirmahmud Mirəlioğlu barədə bəyanat verdi

img

02-10-2012 [01:41]


"Son zamanlar bəzi mətbuat orqanlarında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu haqqında qeyri-dəqiq, böhtan və təhqir elementlərinin yer aldığı məlumatlar yayılır". Bu fikirlər KXCP-dən MİA-ya daxil olan bəyanatda deyilir. Daha sonra bildirilir ki, avqustun sonlarında M.Mirəlioğlunun sədrliyi ilə keçirilən İdarə heyətinin yığıncağında partiya sədrinin məzuniyyətə çıxması ilə bağlı qərar qəbul edilib: "Bir sıra KİV-də yazılanlardan fərqli olaraq M.Mirəlioğlu ölkədən kənara çıxmayıb, məzuniyyətdə olmasına baxmayaraq partiya ilə vaxtaşırı əlaqə saxlayır. Bütün bunlardan məlumatı olan və olmayan bəzi mətbuat orqanları və şəxslər tərəfindən Mirmahmud bəy haqqında həqiqətdən çox-çox uzaq qeyri-dəqiq və qərəzli məlumatlar yayır, böhtan kompaniyası aparır. Məqsədləri M.Mirəlioğlunu və KXCP-ni gözdən, nufuzdan salmağa yönəlib. Əminik ki, bu məlumatların yazılmasında və yayılmasında iştirak edənlər M.Mirəlioğlu məzuniyyətdən qayıtdıqdan sonra onun məzuniyyətə çıxmasının səbəbləri açıqlananda utanacaqlar". KXCP bir daha bəyan edir ki, Mirmahmud Mirəlioğlu hazırda məzuniyyətdədir. Bəzi mətbuat orqanlarında yazılanlardan fərqli olaraq o, ölkədən heç yerə getməyib. Məzuniyyət müddəti bitdikdən sonra öz vəzifəsinin icrasına başlayacaq. KXCP, partiya sədri M.Mirəlioğlu haqqında yayılan bu məlumatların bəzi qüvvələr tərəfindən məqsədli şəkildə, məhz onun tərəfindən 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak niyyətini açıqladıqdan sonra, dövriyəyə buraxıldığına diqqət çəkir, bütün bu kampaniyanın ictimai rəyi çaşdırmağa, partiyanın və onun haqqında mənfi imic formalaşmağa xidmət məqsədi daşıdığını bəyan edir. KXCP, partiya və partiyanın sədri M.Mirəlioğlu haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayan bəzi mətbuat orqanları və şəxsləri etik qaydalara və mətbuatın qızıl qanununa- ?qarşı tərəfi dinləmək? prinsipinə əməl etməyə çağırır. KXCP- nin və Mirmahmud Mirəlioğlunun nüfuzunun aşağılanmasına xidmət edən təhqir dolu yanlış məlumatların yayılmasını dayandırmağı tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA