Elzad Abdullayev YAP-dan çıxarıldı

img

01-10-2012 [03:43]


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib. Bunu YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. O qeyd edib ki, məlum qalmaqaldan sonra Elşad Abdullayev partiya üzviliyindən çıxarılıb. Maraqlıdır ki, Elşad Abdullayevi YAP Binəqədi Rayon təşkilatının üzvlüyündən xaric etsələr də, Gülər Əhmədovaya belə bir münasibət göstərilməyib. Siyavuş Novruzov jurnalistlərə açıqlamasında bunun üçün proseduru xatırladıb: ?Partiyanın nizamnaməsinə əsasən, üzvlərin YAP sıralarından xaric olunması məsələsinə ilk olaraq partiya təşkilatları baxmalıdır. Bir daha qeyd edirəm ki, bu məsələyə millət vəkilinin daxil olduğu ilk partiya təşkilatı qərar verməlidir. Yəni, hazırda Gülər Əhmədova partiyanın sıravi üzvüdür və o, partiyadan xaric olunmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA