Hafiz Haciyev mesaj verdi

img

09-10-2012 [04:38]


Bu gün Muasir Müsavat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda öncə qərarların icrası və görülən işlərə baxılıb. Gündəliyin partiyadaxili məsələlər bölümündə prezident seçkisinə hazırlıqla bağlı keçən toplantıda verilən tapşırıqların gedişatı müzakirə edilib. Son bir həftə ərzində rayon təşkilatlarında həyata keçirilmiş tapşırıqlar haqqında məlumat verilib. Görüləcək işlərlə bağlı konkret qərarlar qəbul edilib və yeni tapşırıqlar verilib. İctimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı partiyanın ictimai-siyasi işində aktiv iştirak edən partiya fəallarına yeni tapşırqlar verilib. Daha sonra yığıncağın gündəliyində duran əsas məsələyə-- son həftələrdə ölkənin gündəminə ?bomba?kimi düşən və bitmək bilməyən rüşvət qalmaqalına münasibət bildirilib. MMP sədri Hafiz Haciyevin bu dəfəki çıxışı daha sərt olub.O, məsələni şiyasiləşdirən qövvələrə mesaj da ünvanlayıb:?Ortada canlı vidiogörüntülər mövcuddur və bunun danılması mümkün deyil.Lakin bir dələduzun hansısa hərəkətindən faydalanmaq və bundan məharətlə istifadə etmək,gündəmi dəyişmək cəhdi şəxsən məni düşünməyə vadar edir.Bəzi mənbələrin verdiyi məlumata görə bu məsələ xüsusi düşünülmüş və qurulmuş bir oyundur.Əbülfəz Elşibəyin zəhərlənməsi məsələsini gündəmdən çıxarmaq və içtimai fikri yayındırmaq üçün bir neçə dəfə çəhd edilib.ANS telekanalında canlı efirə gedən və mənim də iştirak etdiyim ?Doğruya doğru ?ictimai-siyasi tok-şouda aparıcı xanımın mənə qarşı sərgilədiyi aqressiv hərəkətlər ,hesab edirəm ki , bu ssenarinin bir qoludur. Ssenarinin ikinci hissəsi özünü çox gözlətmədi.Məlum kasetlərin ortaya çıxması ,məsələnin şişirdilməsi xüsusi tapşırıqla həyata keçirilir.Bunların hamısı Qənimət Zahidov-Əli Kərimli cütlüyünün birgə səyi nəticəsində meydana çıxıb. Məqsəd isə, dediyim kimi, ictimai rəyi çaşdırmaq, ədliyyə sisteminin başını qatmaq və ağılları məşğul edən məsələni şüurlardan silməkdir?. Toplantıda digər partiya yetgililəri də çıxış edib məsələ ilə bağlı öz fikirlərini bildiriblər.Yekun qərar isə belə olub ki,prokurorluq orqanları onsuz da bu məsələ ilə ciddi məşğul olur.Əgər bədxah qüvvələr gündəmi bu cür məsələlərlə dəyişdirmək cəhdini davam etdirmək fikrindən daşınmasa, MMP məçbur olub dədə-baba qaydası ilə onları susdurmağa cəhd edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA