Eldar Namazov görüzdən imtina edib

img

04-07-2012 [02:25]


Vətəndaş cəmiyyətinin fəalları Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla görüşün yekunlarını müxtəlif cür qiymətləndirir. Bu cür görüşün təşəbbüsü prezident yanında QHT-yə Dövlət Dəstəyi Şurasından gəlib. İndiyədək belə görüşlərə müstəqil QHT-lər dəvət olunmayıb. ?Azərbaycan naminə? Forumun rəhbəri Eldar Namazov görüşdə iştirakdan imtina edib. ?Dialoq ideyası müsbətdir və biz hakimiyyətlə müxalifət, vətəndaş cəmiyyəti arasında dialoqa tərəfdar olduğumuzu dəfələrlə bildirmişik. Lakin bu cür dialoqda iştirak o halda mümkündür ki, hakimiyyət səmimi olsun, həqiqətən vətəndaş cəmiyyətini möhkəmləndirmək istəsin, bunu hansısa siyasi məqsədlərlə etməsin. Bu cür görüşlər əvvəllər də olub, lakin heç bir nəticə verməyib və vəziyyət daha da pisləşib?, - E.Namazov vurğulayıb. Bu cür görüşlər hökumət və vətəndaş cəmiyyəti ilə birgə hazırlanmalıdır. Əvvəlcədən format, gündəlik, sonrakı mümkün addımlar razılaşdırılmalıdır. Bundan əlavə, dialoqda yalnız Prezident Administrasiyasının nümayəndələri yox, həm də digər qurumların rəhbərləri iştirak etməlidir. ?Ədliyyə Nazirliyinə, MSK, digər qurumlara suallar çoxdur?, - E.Namazov qeyd edib. O, QHT-nin siyasi qüvvələrin tərəfini saxlamaması barədə Ə.Həsənovun bəyanatını mənfi qiymətləndirib: ?Bu, düzgün fikirdir, amma demokratik cəmiyyətlər üçün xarakterikdir. Seçkilər saxtalaşdırılanda QHT pozuntular barədə susa bilməz?. Büdcə vəsaitləri və neft gəlirlərinin mənimsənilməsi aşkarlananda QHT susa bilməz. Hüquq müdafiəçilərinə və müstəqil mətbuata gəlincə, insan haqlarının pozulmasını, korrupsiyanı tənqid edərək istər-istəməz siyasiləşirlər və hakimiyyətin düşmənlərinə çevrilirlər, - E.Namazov bildirib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA