Qarabağ bloku bəzi siyasi hadisələri dəyərləndirib

img

28-06-2012 [01:46]


Qarabağ bloku İdarə Heyətinin növbəti həftəlik toplantısı keçirilib. Toplantıda Respublikada ictimai-siyasi vəziyyət və təşkilati məsələlərə dair müzakirələr aparılıb. Müzakirələrdə əsasən sonuncu əhv fərmanı, mülkiyyət hüququna yeni təhdidlər, Avropa Şurası və Avropa Birliyi qurumlarının fəaliyyətləri, Misirdə prezident seçkilərindən sonra yaranmış vəziyyət və digər məsələlər diqqət mərkəzində olub. Blokun İdarə Heyəti siyasi məhbusların bir hissəsinin azadlığa çıxmasına yol açmış sonuncu əfv fərmanını təqdir edib və hakimiyyəti bir daha siyasi motivlərlə həbs edilən bütün məhbusları tezliklə azad etməyə, siyasi motivlərlə həbsəalma praktikasına son verməyə çağırıb. Qarabağ Bloku Avropa Birliyinin qəbul etdiyi və tərəfdaş ölkələrə yönələn insan hüquqları və demokratiya üzrə strateji çərçivə adlı sənədi və Avropa Parlamentinin alt komitəsində Dağlıq Qarabağla bağlı keçirilən dinləmələr zamanı bu qurumun üzvlərinin ədalətli mövqeyini yüksək qiymətləndirib və bu qurumla sıx əməkdaşlığın xalqımızın və dövlətimizin mənafelərinə tam cavab verdiyini qeyd edərək, Azərbaycan hakimiyyətini Avropa Birliyi ilə əməkdaşlıq proqramlarında fəallığı artırmağa çağırıb. Avropa Şurasının hüquq məsələləri və insan hüquqları komitəsində K.Ştrasserin hesabatının təsdiq edilməsini yüksək dəyərləndirən blokun İdarə Heyəti, AŞPA-nın keçmiş prezidenti M.Çavuşoğlunun həmin müzakirələrlə bağlı neqativ fəaliyyətini pisləyib və Türkiyənin baş nazirinə və parlamentinə onun Azərbaycanda demokratiyanın inkişafına zərbə vuran fəaliyyətləri və bunun səbəbləri haqqında müraciət göndərilməsini qərara alıb. Qarabağ Bloku vətəndaşlara məxsus əmlakın müvafiq kompensasiya ödənilmədən dağıdılması ilə əlaqədar vəziyyətin yenidən gərginləşməsindən narahatlığını bildirib və hakimiyyəti vətəndaşların mülkiyyət hüququna qəsd etməkdən əl çəkməyə çağırıb. Qarabağ Blokunun İdarə Heyətində son zamanlar Misirdə baş verən siyasi hadisələrin totalitarizmdən demokratiyaya birbaşa keçidin mümkünlüyünün təsdiqi kimi qiymətləndirilib, bu ölkənin yeni prezidentinin ilk addımlarının alqışa layiq olduğu və beynəlxalq demokratik güclərin bu ölkədəki yeni demokratik prosesə ciddi dəstək verməsinin zəruriliyi qeyd edilib. Blokun iclasında bölgə müşavirələrinin təşkil olunması və bir sıra digər təşkilati məsələlər də müzakirə olunub və müvafiuq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA