Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda

img

02-02-2026 [20:03]


Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən mənzilində cəzaçəkmə müəssisəsinin sabiq rəisinin meyiti aşkarlanıb.

Mia.az Oxu.Az-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Nürəli Mahiyəddin oğlu Eyvazovun meyiti qonşuların hüquq-mühafizə orqanlarına müraciətindən sonra müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.

Qonşuların müraciətinə səbəb həmin mənzildən kəskin qoxunun gəlməsi olub.

Mənzilin qapısı açıldıqdan sonra ev sahibi Nürəli Eyvazovun meyiti otaqlardan birində aşkarlanıb. Cəsədin vəziyyətindən onun bir neçə gün əvvəl vəfat etdiyi müəyyən olunub. Bildirilib ki, ailə üzvlərinin bu hadisədən xəbəri olmayıb.

Mərhumun həmin evdə tək yaşadığı qeyd olunur.

Qeyd edək ki, Nürəli Eyvazov uzun illər Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb. O, təqaüddə olan ədliyyə polkovniki olub. Nürəli Eyvazov əvvəllər 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin, sonuncu dəfə isə Qobustanda yerləşən 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə il əvvəl təqaüdə çıxmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA