KXCP idarə Heyətinin iclası keçirilib

img

02-07-2012 [05:52]


Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Toplantıda qərarların icrası haqda məsələ müzakirə edilmiş və müvafiq qərar qəbul edilib. 16 iyul 2012-ci ildə saat 11.00-da Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 23 illiyi münasibəti ilə KXCP Ali Məclisinin növbəti sessiyasının çağırılması qərara alınıb. Toplantıda 16 iyul 2012-ci ildə saat 09.00-da Milli Azadlıq Hərəkatının lideri Elçi Bəyin məzarının ziyarət olunması haqda qərar qəbul olunmuşdur. Yığıncaqda təşkilat məsələləri müzakirə edilib. KXCP Şəmkir rayon şöbəsinin bərpası haqda məlumat nəzərə alınıb. Bərpa Konfransında iştirak etmiş KXCP sədrinin təşkilat məsələləri üzrə müavini X.Teyyublu məlumat verərək bildirib ki, Şəmkir rayon şöbəsinin bərpa yığıncağında rayonun tanınmış ziyalıları Səməndər bəy Salmanov rayon şöbəsinin sədri, Camal bəyMəmmədov Ali Məclisin üzvü və 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası seçilmişdir. Yığıncaqdan sonra tədbir iştirakçıları rayonun mərkəzində yerləşən İstiqlal parkında gəzinti təşkil ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA