Hafiz Hacıyev Əli Kərimlini tutdurmaq istəyir

img

25-06-2012 [03:30]


Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimli ilə bağlı hüquq mühafizə orqanlarına şikayət edəcək. Bu barədə mia.az-a açıqlama verən H.Hacıyev AXCP Əli Kərmlini mərhum prezident Əbülfəz Elçibəyi zəhərləməkdə suçlayır. "Əbülfəz Elçibəyə vaxtiylə zəhər verib öldürənlər bu gün onun qəbrizi ziyarət edirlər. Əbülfəz Elçibəy müəyyən adamların yanında vəsiyətində bildirmişdi ki, Əli Kərimli ad günümdə içkinin içərisində mənə zəhər verib. Həmin zəhər də rəhmətlik bəyin xəstəliyinin yaranmasına və dünyasını dəyişməsinə səbəb olub. Ona görə də mən Müasir Müsavat Partiyasının sədri, Elçibəy fondunu təsis edən Hafiz Hacıyev olaraq hüquq mühafizə orqanlarına müraciət etməyi planlaşdırıram. Əli Kərimlinin Elçibəyi zəhərləyərək öldürməsini sübut etməkdən ötəri araşdırılmasını və bu səbəbdən də onun həbs edilməsini hüquq-mühafizə orqanlarından tələb edəcəyəm"- deyə H.Hacıyev bildirib. MMP sədri onu da bildirib ki, məsələylə bağlı ifadə verə biləcək şəxslərin də prosesə cəlb olunub ifadə vermələrinin təmin olunmasına da çalışacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA