ADP müdafiə komitəsi yaratdı

img

02-07-2012 [05:18]


gn=left]2010/adp_454750537.jpg[/libt] Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən mühüm ictimai-siyasi hadisələr və bir sıra partiyadaxili məsələlər ətrafında müzakirələr aparılıb. İlk növbədə ötən həftə imzalanmış TransAnadolu qaz kəməri sazişinə diqqət çəkən İdarə Heyəti üzvləri bu sazişin Azərbaycanın suverenliyinin möhkəmlənməsi, burada istehsal olunacaq qazın Avropa bazarına çatdırılması və ölkəmizin Türkiyə ilə strateji əlaqələrinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib, eyni zamanda sazişdə nəzərdə tutulan kəmərin çəkilişində tam şəffaflığın təmin edilməsinin vacibliyini bildirib. ADP İdarə Heyəti Bakıda keçirilən Azərbaycan Rusiya regional əməkdaşlıq Forumunu iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı baxımından müsbət dəyərləndirib, hər iki ölkənin əlaqələrinin daha da dərinləşməsi üçün ölkədaxili demokratik proseslərin inkişaf etdirilməsinin zəruriliyini bir daha qeyd edib, eyni zamanda forumun keçirildiyi günlərdə Rusiya generalı N.Bordyujanın ölkəmizi təhdid edən bəyanatla çıxış etməsindən təəssüfləndiyini bildirib və Azərbaycan hakimiyyətini bu cür bəyənatları müvafiq qaydada və sərt şəkildə cavablandırmağa cağırıb. Partiyanın İdarə Heyəti prezident İ.Əliyevin Bakıda keçirilən Krans Montana forumundakı çıxışı zamanı Dağlıq Qarabağ və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikirlərini təqdir edib, lakin bu cür çıxışların adətən daxili auditoriyaya hesablandığını nəzərə alaraq Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi istiqamətində gedən danışıqlarda da eyni mövqenin sərgilənməsini vacib hesab edib. İclasda həmçinin bəzi təşkilati məsələlərə də baxılıb. Partiyanın Saatlı Rayon Təşkilatının fəalı, jurnalist İlham Süleymanovun şərlənərək həbs olunması ilə əlaqədar onun hüquqlarını müdafiə komitəsi yaradılıb, Cəmil Hacıyev, Daşqın Nuriyev, Ceyhun Alışov və Azər Sadıxov həmin komitəyə üzv çeçiliblər. Müdafiə Komitəsinə ilk növbədə İlham Süleymanovun qanunsuz həbsi ilə əlaqədar hesabat hazırlamaq və hüquq müdafiə təşkilatlarını məlumatlandırmaq işi həvalə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA