Əvəz Temirxan Artur Rasizadəyə müraciət edib

img

30-06-2012 [11:07]


Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan ölkənin baş naziri Artur Rasizadəyə məktubla müraciət edib. MIA-ya daxil olan mürciətdə deyilir: "Ölkədə fəaliyyət göstərən Azərbaycan və əcnəbi şitkıətlərinin böyük əksəriyyəti azərbaycanlı işçilərini amansızcasına, qul kimi istismar istismar edir. Cüzi əməkhaqqı müqabilində onları 10-12, hətta 15-16 saat işləməyə məcbur edirlər. Onlara istirahət günü və məzuniyyət vermir, etiraz edəni dərhal işdən qovurlar. Kütləvi işsizlik şəraitində Azərbaycan vətəndaşları ailələrini, heç olmasa, çörəklə, minimum qida ilə təmin etmək üçün bu ağır əmək şəraitində istismar olunmağa məcbur olurlar. Azərbaycanda Həmkarlar İttifaqı yox səviyyəsindədir, hökumət öz vətəndaşlarının əmək hüquqlarını qorumur. Göstərilənləri nəzərə alaraq, həmvətənlərimizin əmək hüququnun işəgötürənlər tərəfindən kobud və kütləvi şəkildə tapdanmasının qarşısını almaq üçün Nazirlər Kabinetini təcili və təsirli tədbirlər görməyə çağırırıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA