YAP-ın Gənclər Birliyinin ?Yay məktəbləri?nə start verilib

img

02-07-2012 [12:48]


Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ?Yay məktəbləri?nə start verilib. Bu barədə yap.org.az saytına məlumat verən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, builki ?Yay məktəblər?ində partiyanın üzvü olan yüzlərlə fəal gənc iştirak edəcək. Bu layihənin 2007-ci ildən həyata keçirildiyini xatırladan S. Orucovun sözlərinə görə, tədbirin keçirilmə qaydaları daha da təkmilləşdirilib. ?Layihədə iştirak edən gənclər həm Bakı şəhərini, həm də bölgələri təmsil edirlər. Hər il olduğu kimi bu dəfə də ?Yay məktəbləri? ölkəmizin gözəl guşələrində təşkil olunur. Gənclərin qalacağı otellərdə yüksək şərait var, onlar bu otellərin bütün xidmətlərindən istifadə edə biləcəklər. Layihənin məqsədi odur ki, gənclər həm asudə vaxtlarını yaxşı keçirsinlər, həm bir-birilə təmas, münasibət qursunlar. Eləcə də onlar üçün intellektual və əyləncəli yarışlar təşkil olunub. Eyni zamanda, ?Yay məktəbləri?ndə partiyamızı təmsil edən deputatlar, Milli Məclisin komitə sədrləri, eləcə də hökumət nümayəndələri gənclərin qonağı olacaq. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşəcək, gəncləri maraqlarından suallara cavab verəcəklər. Hesab edirəm ki, ?Yay məktəbləri? gənclərimizin intellektual səviyyəsinin daha yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihədir? - deyə YAP Gənclər Birliyinin sədri qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA