Müsavat Partiyası Nemət Pənahlının azadlığını tələb edir

img

25-06-2012 [06:24]


Müsavat Partiyası vicdan məhbusları ilə bağlı bəyanat verdi. Partiya başda Nemət Pənahlı olmaqla, bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. Bəynatda deyilir: "22 iyun 2012-ci il tarixdə vicdan məhbusları Arif Hacılı, Sahib Kərimov, Tural Abbaslı, Məhəmməd Məcidli, Əhəd Məmmədli, Zülfüqar Eyvazlı, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Babək Həsənov əfv fərmanı ilə azad olunub. Müsavat Partiyası heç bir qanunsuz hərəkətə yol vermədikləri, sərbəst toplaşmaq, ifadə azadlığının təmin olunmasını tələb etdikləri halda 1 il 3 ay həbsdə saxlanmalarının yolverilməzliyini qeyd etməklə, vicdan məhbuslarının qanunsuz həbs hökmündə nəzərdə tutulmuş müddətdən əvvəl azadlığa çıxmasını xoşməramlı hal olduğunu ifadə edir. Müsavat Partiyası beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı İctimai Palatanın üzvləri Şahin Həsənli və Vidadi İskəndərlinin, hüquq müdafiəçisi Taleh Xasməmmədovun, jurnalistlər - Anar Bayramlı və Ramin Bayramovun, Quba hadisələri zamanı həbs olunan jurnalistlər Vüqar Qonaqov, Zaur Quliyevin və digərlərinin, ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının, ?Tolişi sədo? qəzetinin baş redaktoru Hilal Məmmədovun, ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndəsi, hüquq-müdafiəçisi İlham Əmiraslanovun, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının, Elnur Seyidovun, eləcə də onlarla siyasi və hicab məhbuslarının hələ də həbsdə saxlandığını qeyd edərək hesab edir ki, 9 vicdan məhbusunun azadlığa buraxılması Azərbaycanda siyasi və vicdan məhbusu probleminin tam həlli deyildir". Müsavat Partiyası başlanmış prosesin davam etdirilməsinin vacib olduğunu bəyan edir, bütün vicdan və siyasi məhbusların azadlığa buraxılmasını ədalətin bərpası və ictimai maraqlar baxımından zəruri sayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA