Milli Məclis son iclasda 34 məsələyə baxacaq

img

25-06-2012 [11:21]


Milli Məclisin növbədənkənar sessiyasının iyunun 29-da keçiriləcək son iclasının gündəliyi bəlli olub. MM-dən verilən məlumata görə, gündəliyə 34 məsələ daxil edilib. Son iclasda bir neçə qanunlara, məsələn, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət Prosesual Məccələsi, ?İctimai televiziya və radio yayımı haqqında? qanuna və s. dəyişiklər nəzərdə tutulub. Eyni zamanda bir neçə apellyasiya məhkəmələrinin hakimlərinin təyin olunması-Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimi, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki apellyasiya məhkəmələrinin hakimlərinin təyin edilməsi olacaq?. A.Təvəkküloğlu müzakirəyə çıxarılacaq məsələlər sırasına Qırğızıstan, Bolqarıstan, Makedoniya, Hindistan, Ukrayna ilə hökumətlərarası sazişlərin, bəyanatların və digər sənədlərin təsdiqinin də daxil edildiyini vurğulayıb. ?İclasda Şəhərsalma və Tikinti Məcəlləsi üçüncü oxunuşa çıxarılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA