"Azad Qarabağ"çılar Şəhidlər Xiyabanını ziyarət etdi

img

26-06-2012 [02:35]


Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatlar bu gün Ordu Günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini yad ediblər, məzarların üzərinə gül dəstələri qoyublar. QAT Mətbuat Xidmətindən mia.az-a verilən məlumata görə, tədbir iştirakçıları Əbədi məşəlin qarşısında Ordu Günü münasibəti ilə mərasim keçirib, çıxışlar ediblər. QAT sədri Akif Nağı, Qazilər Birliyinin sədri Etimad Əsədov, Əlillər Cəmiyyətinin sədri Firudin Məmmədov, Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının sədri Hacı Rövşən Əhmədli və digərləri çıxış edərək Ordu Günü müasibəti ilə arzularını bildirmiş, Ordumuzun kifayət qədər güclü olması və artıq hərbi əməliyyatlara başlamağın labüdlüyünü vurğulamışlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA