Ilqar Altay: "Arzu olunardı ki, bu tendensiya davamlı olsun"

img

03-07-2012 [10:13]


Xəbər verdiyimiz kimi, ötən gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə ?hökumət və QHT-lər dialoqu? konfransı keçirilib. Maraqlıdır ki, öncəki QHT konfransını keçirilmə qaydalarına görə saytımızda tənqid etmiş, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-tədqiqatçı İlqar Altay da tədbirin dəvətli iştirakçısı olub. İlqar Altay Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə keçirilən Konfransda baş verən prosesləri hakimiyyət-cəmiyyət münasibətlərində dövrümüzün nümunəvi demokratik tədbiri kimi qiymətləndirdi: ?İlk diqqəti çəkən, bu dəfəki tədbirin keçən dəfəki kimi ?rəyasət heyəti və iştirakçılar? tipli iclas yox, dəyirmi masa arxasında açıq və bərabər dialoq xarakterli olması idi. Ən müxtəlif müxalif simaların dəvətli olması və mətbuat üçün qapalı elan edilməsi tədbirin tam açıq və tolerant şəraitdə keçiriləcəyindən, hər cür gözlənilməz çıxışin, hadisənin ola biləcəyindən xəbər verirdi. Düzdür, çıxış edənlərin əksəriyyəti konfransın ?Vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi? kimi qlobal mövzusunu qoyub öz təşkilatlarının nproblemlərini qabartdı. Ancaq görünürdü ki, QHT-lərin həll olunmamış problemləri çoxdur və əlbəttə hər şeydən əvvəl bunlar həll olunmalı idi. Çünki müasir dövrümüzdə QHT-lər elə vətəndaş cəmiyyətinin özü, özülü deməkdir?. İ. Altay tədbirin yaxşı mənada baş tutduğunu qeyd etdi: ?Etiraf etmək lazımdır ki, tədbir baş tutdu. Həm səmimi və ədalətli atmosferinə görə, həm də hamı üçün olan xeyirxah effektiv nəticələrinə görə. Sübut olundu ki, hakimiyyət cəmiyyətə doğru, hətta risqli düşünülən dərəcədə sadəlik və səmimiyyətilə əl uzatsa, heç bir kataklizm baş verməz. Əksinə, demokratiyamız, birliyimiz, bərabərliyimiz və vacibi, ədalətli inkişafımız udar. Burada xüsusilə, Əli Həsənovun adminstrativ tempdən sıravi cəmiyyət tempinə keçid edə bilmə qabiliyyətini və iştirakçıların da əsl səmimiyyətə, açıq və təbii davranışa adekvat müsbət reaksiya vermə xüsusiyyətini qeyd etməmək olmaz?. İlqar Altay göstərdiyi səbəblərə görə tədbirin ölkə miqyasında böyük rezonans doğurduğunu bildirərək, bununla əlaqədar ümidlərini da vurğuladı: ?Arzu olunardı ki, bu tendensiya davamlı olsun. Zaman özü göstərəcək ki, bu görüş impulsiv təsadüfün nəticəsi imiş, yoxsa qaşılıqlı anlaşma və əməkdaşlıq dövrünün başlanğıcı. Məncə, çox vacibdir ki, adına və məqsədinə uyğun olaraq, sonrakı görüşlər müvafiq QHT-lərlə hökumət üzvləri, nazirlər və komitə sədrləri arasında keçirilsin. Daha arzu olunan odur ki, bu cür səmimi və sayqılı keyfiyyətdə dialoq hakimiyyətlə xalqın bütün digər təbəqələri və xüsusən, siyasi müxalifət arasında baş tutsun. Bu ancaq ölkənin, dövlətin möhkəmlənməsinə, sabit inkişafına, xarici düşmənlərimizin gözündə vahid bir xalq kimi böyüməsinə xidmət edərdi. Bu cür açıq dialoqlardan çəkinmək lazım deyil və bu günkü tədbir də bunu sübut etdi?. Hüquqşünas-tədqiqatçı Konfransda çıxışı barədə sualımızı belə cavablandırdı:?Doğrusu, tədbirə elə bir xüsusi çıxış üçün qatılmamışdım. Mənim üçün əsas məsələ tədbiri müşahidə etmək idi, onu da etdim. Hakimiyyət və cəmiyyətimizin bu günkü durumu və qarşılıqlı anlaşma, münasibət tendensiyası barədə tutarlı bir analiz-təhlilin materiallarını əldə etdim. Çıxışım isə, əsasən ümumi məsələlərə aid oldu: hökumətin QHT və cəmiyyətə olduğu kimi, QHT və vətəndaş cəmiyyətinin də hakimiyyətə dəstəyinin vacibliyi; QHT-lər vasitəsilə cəmiyyətin dövlət idarəçiliyində iştirakı, yəni bütün nazirlik və komitələr nəzdində ictimai nəzarət qurumlarının yaradılması; vətənimiz və dövlətimizə qarşı real xarici təhdidlərə təpkilərdə, milli təhlükəsizliyimizin təminatında hökumət və qeyri-hökumət birliyinin vacibliyi barədə. Bir də, İranda saxlanılan gənc şairlərimizin azadlığı üçün QHT-lərin aktivliyinin və bu məsələdə hökumətlə birgə koordinasiyanın vacibliyinə diqqət çəkdim?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA