ictimai Palata Elçibəyin məzarını ziyarət etdi

img

24-06-2012 [02:39]


Bu gün Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür. Bununla əlaqədar İctimai Palata saat 11:00-da mərhum prezidentin məzarını ziyarət edib. Anım mərasimində İctimai Palatanın üzvləri və Paltaya daxil olan partiyaların fəalları iştirak ediblər. Əbülfəz Elçibəyin məzarı üstündə ucaldılan abidəsi önünə gül çələngi qoyulub, ruhuna dualar oxunub. Mərasimdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı çıxışlar edərək Elçibəyin Azərbaycan tarixindəki yeri və rolu, ideyaları və apardığı mübarizə haqqında danışıb, ölkənin demokratik qüvvələrinin o ideyalar uğrunda davam edən mübarizəsinin qələbəylə bitəcəyinə və o zaman həm də Elçibəyin ruhunun şad olacağına inamlarını ifadə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA