?Fənərbaxça? ?fırtına?dan güclə qurtuldu

img

02-04-2012 [02:34]


Dünən axşam saatlarında Türkiyə Superliqasında 33-cü turun son oyunları keçirilib. Səfərdə "Antalyaspor"un qonağı olan "Bursaspor" qələbəyə sevinib. Rəqibini 3:1 hesabı ilə məğlub edən Bursa təmsilçisi xalını 49-a yüksəldib. Bu qələbə Bursa klubuna Pley-offda çıxış etmək imkanı versə də, ?Antalyaspor?un liqi tərketmə təhlükəsini artırıb. Doğma azarkeşləri önündə "Samsunspor"la qarşılaşan "Beşiktaş" isə turu xalsız başa vurub. Matçın 70-ci dəqiqəsində Murat Yıldırımın vurduğu qol qonaqlara qələbə qazandırıb - 1:0. Bu qələbə qonaq komandanın bu həftə keçiriləcək son tura qədər liqdə qalma şansı yaradıb. Turun mərkəzi qarşılaşması isə Trabzonda baş tutub. Burada yerli "Trabzonspor" klubu "Fənərbaxça" ilə qarşılaşıb. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər. Gərgin keçən matç təkcə meydanda bir-birlərindən gözəl epizodlar olmayıb, həm də azarkeşlərin meydana müxtəlif əşyalar atması bir neçə dəfə oyunun dayanmasına səbəb olub. Artıq federasiya bununla bağlı ?Fırtına?ya sərt cəza veriləcəyinin ilkin siqnalını da verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA