İran ordusundan xəbərdarlıq: "Hörmüz boğazında iki ABŞ-İsrail gəmisi vurulub"

img

11-03-2026 [17:07]


"Hörmüz boğazından keçməyə çalışan ABŞ və İsraillə əlaqəli iki gəmi raketlərlə vurulub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İran İnqilab Keşikçiləri Korpusu yayıb.

Qeyd edilib ki, ABŞ və tərəfdaşlarının keçidi tamamilə bağlıdır: "Sionist rejiminə məxsus və Liberiya bayrağı altında üzən "Express Rome" gəmisi, Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, Hörmüz boğazından qanunsuz keçməyə cəhd  edib. Bu səbəbdən  səhər İran raketləri ilə vuruldu. Bir neçə saat əvvəl isə "Mayuree Naree" konteyner gəmisi də İran qırıcıları tərəfindən vurulub. Hər kəs bilsin ki, Hörmüz boğazı İranın tam nəzarəti altındadır və "Aerika təcavüzkarlarının və onların tərəfdaşlarının oradan keçmək hüququ yoxdur".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA