Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"

img

11-03-2026 [09:27]


ABŞ və İsrailin İrana qarşı hücumun əsl səbəbi açıqlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff CNBC-də canlı yayımda suallara cavabda danışıb.

O, İrana qarşı həmlənin birbaşa İsrailllə əlaqəli olduğunu gizlətməyib. Trampın nümayəndəsi İsrailin coğrafi və strateji zəif mövqeyini sadalayıb və bildirib ki, bu, ABŞ-ı onlartı qorumağa məcbur edir: "Sizə bunu deyim: İsrail tək bir bomba ilə məhv edilə biləcək ölkədir. Bəli, həqiqətdir ki, bir bomba onları məhv etmək üçün kifayət edərdi. Buna görə də hazırkı bu vəziyyət İsrail üçün mövcudluq məsələsinə dönüb".

Vitkoff İranın hərbi gücünü də yüksək dəyərləndirib: "Tehran rejiminin nüvə proqramı çox ciddi mərhələdəydi. Bu, artıq bölgədə güc balansını dəyişmişdi. Üstəlik, İranı yeni raketləri və müdafiə sistemləri İsrail üçün daha həssas bir nöqtəyə gəlmişdi..."

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA