Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN

img

11-03-2026 [11:03]


Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Azərbaycan Prezidenti İlham Əliyevə Naxçıvana İran ərazisindən edilən dron hücumu ilə bağlı məktub göndərib.

Mia.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan ərazisinin İran ərazisindən pilotsuz uçuş aparatları ilə hədəfə alınması və bunun nəticəsində hava məkanınızın pozulması barədə xəbərləri narahatlıqla izlədik. Bu, beynəlxalq hüququn prinsiplərinin və dövlətlərin suverenliyinə hörmət qaydalarının açıq şəkildə pozulmasıdır.

Sudan Respublikasının rəhbərliyi, hökuməti və xalqı adından qardaş Azərbaycan Respublikası ilə tam həmrəyliyimizi ifadə edir, ölkənizin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdığınız bütün qanuni addımları dəstəklədiyimizi bildiririk.

Uca Allahdan Azərbaycan Respublikasını qorumasını, ona təhlükəsizlik və sabitlik bəxş etməsini diləyirik.

Zati-alinizə ən yüksək ehtiramımızı və hörmətimizi bildiririk".


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA