Azərbaycanda üç kəndin adı dəyişir

img

11-03-2026 [11:36]


Azərbaycanda üç kəndin adı dəyişir.

Mia.az xəbər verir ki, Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonu ərazisində üç kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub.

İclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka kəndinin adının Elbir, Alekseyevka kəndinin adının Çinarlı və Timiryazev kəndinin isə Bəhrəli kimi dəyişdirilməsi barədə qərar qəbul edilib.

Müzakirələrin yekunu olaraq məsələ Milli Məclisin plenar iclasına təklif olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA