"Real" səfərdə "Barselona" tilsimini qırdı

img

22-04-2012 [01:57]


Dünyanın bütün futbol azərkeşlərinin diqqət kəsildiyi İspaniya La Liqasındakı ?Real Madrid? ?Barselona? derbisi qonaqların xeyrinə başa çatıb. Çoxları aralarındakı xal fərqini qapatmaq üçün "Barselona"nın ilk dəqiqələrdən "Real" üzərində üstünlüyü təmin edəcəyini proqnozlaşdırsalar da, ilk qol səsi qonaq komandadan gəlib. 17-ci dəqiqədə Sami Xedira komandasını önə keçirib. Qoldan sonra Qvardiolanın yetirmələri ?Real?ın qapısı önünə daha çox basqılar qurub, 70 faizlik topla oynamaya sahib olsalar da, hesaba ilk hissədə tarazlıq gətirə bilməyiblər. İkinci hissədə hücumların kəsərliyini artıran ?Barselona? nəhayət, 70-ci dəqiqədə Sançesin qolu ilə bərabərliyi yaxalayıb. Amma bu sevinc cəmi 3 dəqiqə çəkib. 73-cü dəqiqədə ?Real??ın türk əsilli oyunçusu Məsut Özülün gözəl ötürməsini Ronaldo qola çevirib ? 1:2. Bu qələbə ?Real?ı çempionluğa bir qədər də yaxınlaşdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA