Prezident diplomatik xidmətə qəbulla bağlı qaydanı təsdiqlədi - Nələr olacaq?

img

11-03-2026 [15:56]


Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi və diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydaları təsdiqlənib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Qaydalara əsasən, diplomatik xidmətə qəbul üzrə müsabiqə ədalətlilik və şəffaflıq prinsipləri əsasında keçiriləcək. Müsabiqə yazılı imtahandan və müsahibədən ibarətdir. Müsabiqənin yazılı imtahan mərhələsini Xarici İşlər Nazirliyinin (XİN) sifarişi əsasında Dövlət İmtahan Mərkəzi (DİM), müsahibə mərhələsini XİN keçiriləcək.

Müsabiqə Nazirlər Kabinetinin müəyyən etdiyi ali təhsil ixtisasları təsnifatına uyğun olaraq, humanitar və sosial, iqtisadiyyat və idarəetmə

ixtisas qrupları, habelə ictimai səhiyyə, dövlət təhlükəsizliyi və idarəetmə, ictimai təhlükəsizlik və idarəetmə, sərhəd təhlükəsizliyi və idarəetmə ixtisasları əsasında təşkil ediləcək.

Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında diplomatik xidmətə qəbul Azərbaycan Prezidentinin və Azərbaycan xarici işlər nazirinin təyinatı əsasında həyata keçiriləcək.

DİM yazılı imtahanı mərkəzləşdirilmiş qaydada, ödənişli əsaslarla Bakı şəhərində keçirəcək. Hər bir hissədə iştiraka görə hər iki qurum arasında bağlanılmış müqavilə əsasında müəyyən edilən məbləği namizəd ödəyəcək.

Yazılı imtahanın ikinci hissəsində iştirak üçün ödəniş yalnız birinci hissəni müvəffəqiyyətlə keçmiş namizədlər tərəfindən ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA