Salvio almanları, ?Sportinq? isə xaxolları devirdi

img

30-03-2012 [10:51]


Dünən axşam saatlarında Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.Türkiyə millisinin ulduzu Arda Turanın formasını geydiyi "Atletiko" (Madrid) klubu Almaniyanın "Hannover" komandasını öz meydanında çətinliklə də olsa, 2:1 məğlub edə bilib. Oyunda ilk qola 9-cu dəqiqədə portuqaliyalı Falkao imza atıb. 37-ci dəqiqədə isə qonaqlar Mame Biram Dioufla hesaba tarazlıq gətirib. Matçın sonuna qədər gərgin keçən qarşılaşmada ev sahiblərinə qələbə gətirən gözəl qolu isə 89-ci dəqiqədə Eduardo Salvio vurub. Portuqaliyanın yeganə təmsilçisi olan "Sportinq" klubu isə öz meydanında Ukrayna "Metallist"ini qəbul edib. "Mançester Siti"ni turnirdən kənarda qoyan "Sportinq" bu cütlüyün də əsas favoriti hesab olunurdu. Fasilədən sonra 2 dəfə fərqlənən meydan sahibləri matçın sonlarında qapılarında top görüblər. Bununla belə, "Sportinq" qələbə hesabını qorumağa müvəffəq olub - 2:1. 1/8 final mərhələsində "Mançester Yunayted"i mübarizədən kənarlaşdıran "Atletik" (Bilbao) klubu səfərdə "Şalke"nin qonağı olub. İspaniya təmsilçisi səfərdən sərfəli nəticə ilə qayıdacağı təqdirdə doğma meydanda işi daha asan olacaqdı. Fasiləyə 1:1 hesabı ilə yollanan komandaların duelində ikinci hissədə daha 4 qol olub. Rəqibini daha 3 dəfə məyus edən "Atletik" səfərdə inamlı qələbə qazanıb - 4:2. Xatırladaq ki, möhtəbər yarışın cavab qarşılaşmaları aprelin 5-də baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA