Elman Rüstəmov əməkdazlıqla bağlı müqavilə bağladı

img

04-04-2012 [12:37]


Azərbaycan Şahmat Federasiyası ilə (AŞF) Beynəlxalq Şahmat Federasiyası (FİDE) arasında saziş imzalanıb. Saziş sənədlərinin imzalanması ?Hilton? otelində keçirilən tədbirdə baş tutub. Azərbaycan Gənclər və İdman Naziri (AGİN) Azad Rəhimovun giriş sözü ilə açılış etdiyi tədbirdə 2 sənədə imza atılıb. Azərbaycanda səfərdə olan FİDE prezidenti Kirsan İlyumjinov və AŞF prezidenti Elman Rüstəmov əməkdaşlıqla bağlı müqaviləyə imza atıblar. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə ?Aqon Limited? şirkətinin rəhbəri Endryu Polson isə 2013-cü ilin martında Londonda şahmat tacı uğrunda İddiaçılar Turnirinin sponsorluğu barədə sazişə imza atıblar. Qeyd edək ki, ?Aqon Limited? şirkəti Londonda baş tutacaq turnirin təşkilatçısıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA