Güləzçilərimiz irandan iki medalla qayıdır

img

27-02-2012 [06:34]


24-26 fevral 2012-ci il tarixində İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə Yadigar İmam Kuboku beynəlxalq turniri keçirilib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yığma komandanın üzvləri turniri 2 bürünc medalla başa vurub. Məşqçilər Şaban Donat və Turac Hüseynlinin rəhbərliyi altında turnirdə iştirak edən güləşçilərimizdən Sakit Cəlilov (60 kq) və Emin Əhmədov (74 kq) fərqlənib. İki bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü olub. İran yığması birinci, Qazaxstan ikinci olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA