Milli komandamızın yeni rəqibləri bəlli oldu

img

11-01-2012 [11:25]


Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında iştirakını yenidən bərpa edib. Qol.Az-ın Azərbaycan Basketbol Federasiyasının saytına istinadən verdiyi məlumata görə, yığmamız C divizionunda mübarizə aparacaq. Artıq yarışın püşkü atılıb və millimiz iyulun 10-15-də Makedoniyanın Struqa şəhərində baş tutacaq çempionatda A qrupunda yer alıb. Basketbolçularımızın rəqibləri Şotlandiya, Moldova və Malta yığmaları olacaq. B qrupunda isə Makedoniya, Avstriya, Qibraltal və Uels komandaları mübarizə aparacaqlar. Oyunların təqvimi 10 iyul Şotlandiya - Azərbaycan Moldova - Malta Avstriya - Uels Gibraltar - Makedoniya 11 iyul Malta- Şotlandiya Azərbaycan - Moldova Makedoniya - Avstriya Uels - Gibraltar 12 iyul Şotlandiya - Moldova Malta - Azərbaycan Avstriya - Gibraltar Makedoniya - Uels

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA