Roberto Karlos: "Mourinyoya qapımız açıqdır, ancaq..."

img

14-02-2012 [02:02]


"Anji" klubunun ulduz futbolçusu Roberto Karlos sabiq komandası "Real" (Madrid) klubunu ziyarət edib. Qol.Az-ın məlumatına görə, baş məşqçi Joze Mourinyo ilə görüşən Karlos portuqaliyalı mütəxəssisin mövsümün sonunda "Anji"yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Bernabero"ya qayıtmaq hər zaman şərəfdir. Mourinyo ilə görüşdüm. O, mənə komanda ilə müqaviləsinin davam etdiyini və mövsümün sonunda da Madriddə qalacağını bildirdi. Əgər Mourinyo fikrini dəyişdirərək "Anji"yə gəlmək istəyərsə, qapımız hər zaman onun üzünə açıqdır. Ancaq onun Rusiyaya gələcəyinə inanmıram. Çünki "Mou" hazırda bütün diqqətini "Real"ın uğurlarına yönəldib. "Real"ın həm La Liqada, həm də Çempionlar Liqasında işləri qaydasında gedir. Məncə, bu komanda yenə tarix yazmağa davam edəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA