Boksçumuz nokautla qalib gəldi

img

13-12-2011 [01:03]


Rusiyanın paytaxtı Moskvada tələbələr arasında boks üzrə Avropa çempionatı start götürüb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ?Krokus-Siti? sarayında keçirilən yarışda 7 boksçumuz da iştirak edir. Onlardan ikisi artıq ilk döyüşlərini keçirərək, növbəti mərhələyə vəsiqə qazanıblar. 56 kq çəki dərəcəsində mübarizə aparan 2010-cu ilin gənclər arasında dünya çempionu Şaban Şahpələngov Moldova nümayəndəsi Vadim İvanyuku 9:6 hesabı ilə məğlub edib. Boksçumuzun növbəti rəqibi ukraynalı Dmitri Rudenko olacaq. Rauf Rəhimov da (81 kq) Moskvada ilk döyüşünü parlaq qələbə ilə başa vurub. Yeni çəki dərəcəsində gücünü sınayan bu ilin gənclər arasında Avropa birinciliyinin qalibi moldovalı Mixail Kationovu 2-ci raundda nokauta salıb. Rəhimov növbəti mərhələdə rusiyalı Tahir Pirdamovla qarşılaşacaq. Təssüff ki, iki boksçumuz artıq mübarizəni dayandırıb. Yolçu Zeynalovun (75 kq) estoniyalı Denis Kormilinlə döyüşü 15:15 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rəqib idmançıya veriblər. Salman İbrahimov isə (60 kq) Vitali Kononova (Belarus) 7:14 hesabıyla uduzub. Qeyd edək ki, bu gün Azərbaycan boksçularından Elnur Zeynalov rinqə çıxacaq. 64 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz irlandiyalı Rohan Deytlə üz-üzə gələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA