Ramin Musayev ?Biz ?Kəpəz?in dağılmasına imkan vermərik?

img

28-12-2011 [01:34]


Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ?Kəpəz? in fəaliyyətini dayandırmasıyla bağlı məsələyə münasibət bildirib. Ramin Musayev Qol.Az-ın müxbiri ilə söhbbətində bildirib ki, ?Kəpəz? klubu onlara rəsmi məktub göndərərək dekabrın 30-da fəaliyyətini dayandıracağını bildirib ?Məktubda nəyə görə belə bir addım atmalarının səbəbi göstərilməyib. Bu gün bir neçə dəfə klubun prezidenti Elmir Əliyevə zəng eləmişəm, amma telefonlara cavab vermir. Bütün bunlara baxmayaraq, biz əlimizdən gələni edəcəyik ki, ?Kəpəz? fəaliyyətini davam etdirsin. Gəncədə futbol həmişə olmalıdır. Biz imkan vermərik ki, belə bir şəhərin komandası dağılsın?. R.Musayev klubun sponsoru, deputat Xanlar Fəiyevlə də danışa bilmədiyini söyləyib ?Onun telefonu bağlıdır?. R.Musayev gün ərzində bütün məsələrə tam aydınlıq gətiriləcəyini deyib. PFL prezidenti bildirib ki, o, Premyer Liqanı ?Kəpəz?siz təsəvvür edə bilmir ?Mənə elə gəlir ki, ?Kəpəz? çempionatda oynayacaq. Özünüz də bilirsiniz ki, Gəncədə bir neçə il futbol olmadı. Yalnız AFFA prezidenti Rövnəq Abdullayevin dəstəyindən sonra orada futbol bərpa olundu?. Ramin Musayev ?Kəpəz? klubu rəhbərliyinin hansı səbəbdən belə addım atması barədə qəti fikir söyləyə bilməyəcəyini deyib ?Amma şəxsi fikrim budur ki, onlar inciyərək belə qərar veriblər. Məndə olan məlumata görə, komanda ill "altılığa" düşə bilmədiyi üçün ?Kəpəz? rəhbərliyi ətrafında qeyri-etik söhbətlər aparılıb, bəzi azarkeşlər Elmir Əliyevin istefasını tələb edib. Bu da onlara pis təsir edib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA