Türkiyə millisinə bir daha çağırılmayacaq futbolçuların adları açıqlanıb

img

16-11-2011 [01:09]


Avropa Çempionatı-2012-nin ?pley-off? mərhələsində Xorvatiyaya məğlub olan Türkiyə millisinin hollandiyalı baş məşqçisi Quus Hidink mətbuata açıqlamasında postundan getdiyini bəyan edib. Modern.az ?Doğan? xəbər agentliyinə istinadən Hiddink ?çox yəqin postumla vidalaşmalıyam? deyib. O. Zaqrebdən Türkiyəyə deyil, vətəninə gedib Hiddinklə yolları ayıran Türkiyə Futbol ederasiyası ?İstanbul Böyükşəhər Belediyespor? klubunun baş məşqçisi Abdullah Avcını milli komandaya gətirməyi düşünür. Türkiyə Futbol Federasiyası bu gün və ya ən geci sabah bir yığıncaq keçirib hollandiyalı məşqçi ilə müqaviləni ləğv edəcək. Bun arada məlum olub ki, Türkiyə milli komandasının kapitanı Əmrə Bələzoğlu da milli formaya vida edir. Əmrə ?2012-ci ildən milli komandada oynamaq istəmirəm? deyib. Türkiyə mediasının məlumatına görə, son illər milli komandanın dəyişməz oyunçuları sayılan qapıçı Volkan Dəmirəl, müdafiəçilər Sərvət Çətin və Gökhan Zan da bir daha yığmaya çağırılmayacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA