Güləz üzrə Azərbaycan çempionatı bazlayır

img

16-12-2011 [04:02]


Dekabrın 22-25-dən ?Sərhədçi? İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı yarışları keçiriləcək. Qol.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1993-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. Şəxsi yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar. Yarışın proqramı: 22 dekabr 2011-ci il 55, 66 və 84 kq ? yunan-Roma güləşi 23 dekabr 2011-ci il 60, 74, 96 və 120 kq ? yunan-Roma güləşi 24 dekabr 2011-ci il 55, 66 və 84 kq ? sərbəst güləş 25 dekabr 2011-ci il 60, 74, 96 və 120 kq ? sərbəst güləş Çempionatın rəsmi açılış mərasimi dekabrın 22-də saat 17.00-da baş tutacaq. Yarışlar hər gün saat 10.00-da başlayacaq. Azarkeşlərin arenaya girişi pulsuzdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA