Rəzad Sadıqovun seçimi: Rauf Əliyev və Arif Əsədov

img

12-12-2011 [03:41]


Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun fikrincə, 2011-ci il üçün ölkəmizin ən yaxşı futbolçu "Qarabağ"ın hücumçusu Rauf Əliyev, ən yaxşı məşqçisi isə Arif Əsədovdur. Qol.Az-ın müxbiri ilə sohbətində öz versiyasını açıqlayan Sadıqov Rauf Əliyevin millidəki və "Qarabağ"dakı oyunlarını yasa salıb. O, eyni zamanda millinin və "Qəbələ"nin futbolçusu Mahir Şükürovu da adını qeyd edib. Arif Əsədovu ilin ən yaxşı məşqçisi kimi qiymətləndirən Sadıqov onun rəhbərliyi altında "Neftçi"nin bu il ölkə çempionu adını qazanmasını yada salıb. Sadıqov sıralamada millinin baş məşqçisi Berti Foqtsu ikinci, "Qarabağ"dakı baş məşqçisi Qurban Qurbanovu isə üçüncü yerə layiq bilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA