Türkiyə millisindən biabırçı məğlubiyyət

img

12-11-2011 [11:03]


Futbol üzrə Türkiyə millisi Euro-2012-nin pley-off oyununda Xorvatiya yığmasına böyük hesabla məğlub oldu. İstanbulda keçirilən qarşılaşma qonaqların 3:0 hesabı ilə başa çatdı. Türkiyə millisi ilk qolu qapısında 2-ci dəqiqədə görüb. İvika Oliç türkləri şoka salan qola imza atıb. 32-ci dəqiqədə Mandzukiç komandasının üstünlüyünü iki qola çatdırıb. Birinci hissə bu hesabla başa çatıb. 52-ci dəqiqədə Çorluka Türkiyə millisinin qapısından üçüncü topu keçirib və türklər üçün heç-heçəni əlçatmaz edib. Beləliklə, Xorvatiya millisi cavab qarşılaşmasına böyük üstünlüklə gedir. Türkiyə yığmasının isə Avropa çempionatının final mərhələsinə çıxmaq şansları möcüzəyə qalıb. Digər tərəfdən Türkiyə millisinin dörd oyunçusu - Hakan Balta, Sabri, Emre və Arda cavab oyununu buraxmalı olacaq. Onlar sarı kart həddini keçdikləri üçün cəzalı vəziyyətə düşüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA