Əmrə Belezoğlu: ?Əziz Yıldırımın psixologiyası pozulub?

img

03-10-2011 [03:44]


Türkiyə milli komandasının və ?Fənərbaxça? klubunun liderlərindən olan Əmrə Belezoğlu ötən gün TRT-nin ?Stadyum? proqramının qonağı olub. Aparıcının və keçmiş komanda yoldaşı Hakan Ünsalın suallarını cavablandıran futbolçu Türkiyə Futbol Federasiyasının ?Fənərbaxça?yla bağlı qərar verməməsinə münasibətini açıqlayıb: ?Federasiyanın qərar verməməsi bizi yorub. İnanıram ki, bu il çempion olub Çempionlar Liqasına qatılsaq, bir daha belə ittihamlarla qarşılaşmayacağq. Amma halbuki bu çempionluğumuz da bizə anamızın südü kimi halal idi?. ?Son dönəmlər baş verənlərdən və baş verənlər brədə eşitməkdən yoruldum? deyən yarımmüdafiəçi bildirib ki, indi düşərgədəki hər kəsi məşqləri yaxşı keçib oyunlara əzmlə çıxmaq düşündürür?. Bələzoğlu ?Fənərbaxça?nın son oyunlarında qadınların azarkeşliyindən də söz açıb və bunu müsbət dəyərləndirib: ?Doğrudur, azarkeşlərin səsi bir qədər zəif gəlirdi. Amma istənilən halda xanımların tribunada olması gözəl haldır?. Təcrübəli futbolçunun sözlərinə görə, hələ 4-5 il futbol oynamaq istəyir və karyerasını da məhz indiki klubunda bitirmək niyyətindədir. Hazırda 30 yaşı olan Əmrə daha sonra sözlərinə bunları əlavə edb : ?Gələn ildən məşqçi kurslarına da yazılmaq fikrim var. Əgər təklif olarsa, karyeramı bitirdikdən sonra məhz uşaqlıq xəyallarımın klubu olan ?Fənərbaxça?da çalışa bilərəm. Milli komandaya gəlincə, bura 40 yaşında da dəvət etsələr canla-başla oynayaram?. Futbolçu son olaraq hazırda həbsdə olan Əziz Yıldırımla olan münasibətləridən danışıb: ?Klub üzvləri başqanımızı tək qoymaq niyyətində deyil. Mən özüm də bir dəfə onu ziyarət eləmişəm. Ola bilsin ki, Əziz Yıldırımın psixologiyası pozulub. Bu da normaldır. Çünki baş verənlərdən sonra kimsənin psixologiyasının pozulmasında qeyri-adi nəsə yoxdur?. İntiqam Valehoğlu [center][/center][center][/center][center][/center][center][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA