Teymur Məmmədov London Olimpiadasına lisenziya qazandı

img

05-10-2011 [07:28]


Bakıda boks üzrə lisenziya xarakterli XVI dünya çempionatı davam edir. Dünya çempionatında 91 kq-da mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov Kuba idmançısı Joze Lardyet ilə görüşüb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 24:20 hesabı ilə T.Məmmədovun xeyrinə başa çatıb. Boksçumuz yarımfinala yüksəlməklə yanaşı, London Yay Olimpiya Oyunlarına vəsiqəni də təmin edib. Qeyd edək ki, Teymur Məmmədov lisenziya qazanan 4-cü boksçumuz olub. Bundan əvvəl Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Soltan Migitinov (75 kq) Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA