ADP narahatlığını bəyan etdi

img

29-09-2011 [03:38]


ADP Moldova Respublikasında ?İslam liqası? təşkilatının Ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınması əleyhinə, Respublikanın pravoslav assosiasiyasının etiraz piketi keçirməsini, hakim pravoslavların dini dözümsüzlüyü kimi qiymətləndirir və bunu həmin ölkədə tolerantlığın mövcud olmadığının göstəricisi hesab edir. Ermənistan qeyri ? qanuni silahlanmanı davam etdirir Son vaxtlar Ermənistana Moldova Respublikasının Müdafiə Nazirliyinin rəsmi sanksiya olmadan silah satması məlum olmuşdur. ADP bunu ?Adi Silahların Məhdudlaşdırılması Müqaviləsi? nin kobud surətdə pozulması kimi və Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın birtərəfli qaydada silahlandırılmasına növbəti cəhd kimi dəyərləndirir. Eyni zamanda, bu addım Ermənistanın Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində səmimi olmadığını bir daha sübut edir. ADP Azərbaycan hökumətini Moldova Müdafiə Nazirliyinin bu qanunsuz hərəkəti ilə bağlı müvafiq addımlar atmağa, Minsk qrupu üzv dövlətlərini və BMT Təhlükəsizlik Şurasını Moldova və Ermənistanın qeyri?qanuni hərəkətlərinə hüquqi?siyasi qiymət verməyə çağırıb. *** Rusiya Federasiyası imperialist hərəkətlərindən əl çəkmir Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun BMT-nin Baş Assambleyasının 66-cı sessiyasında Qarabağ münaqişəsi zəminində ?tərəflərin hər hansı birinin güc tətbiq edəcəyi halda, Rusiya Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün bütün tədbirləri görməyə hazırdır? fikri ADP-də ciddi narahatlıq doğurub. ADP Rusiyanın bu mövqeyini, imperialist mövqe və keçmiş SSRİ-yə daxil olan müstəqil dövlətləri yenidən işğal etmək niyyəti kimi qiymətləndirir. ADP Rusiya xarici işlər nazirinin bu bəyanatını dövlətimizin suverenliyinə təhdid hesab edir. ADP hakimiyyəti Rusiya rəsmilərinin bu cür təhdid xarakterli bəyanatlarına ciddi reaksiya verməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA