"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var

"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var

İDMAN

03.02.2026, 17:07

"Beşiktaş" hücum xəttini gücləndirir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qara qartal" hücum xətti üçün daha futbolçu ilə danşıqları uğurla bitirib.

Məlumata görə, "Göztepe"dən Junior Olaitanla anlaşan İstanbil klubu "Genk"də oynayan Hyeon-gyu Ohunu heyətinə qatmağa hazırlaşır: "Klub Hyeon-Gyu Oh ilə 3,5 illik müqavilə imzalayacaq. Tərəflər artıq anlaşıb və 24 yaşlı hücumçu tibbi müqayinədən keçirldikdən sonra müqavilə imzalanacaq"

Xatırladaq ki, Cənubi koreyalı oyunçu bu mövsüm "Genk"də 32 matçda 10 qol vurub,  3 məhsuldar ötürmə edib.

Məlumatda o da deyilir ki, İstanbul klubu daha bir hücumçu almaq istəyir: "Klub "Vulverhempton"la Emmanuel Aqbadounun transferi üçün danışıqları davam etdirir"

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR