GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)

img

03-02-2026 [14:02]


Bu gün səhərə yaxın bıçaqlanan "Kəpəz" komandasının futbolçusu Veysəl Rzayevin son vəziyyəti açıqlanıb.

Mia.az xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, insident nəticəsində bıçaqlanan futbolçunun hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur:"O, əməliyyat edilib, hazırda vəziyyəti stabildir".

***

Gəncənin "Kəpəz" komandasının 24 yaşlı oyunçusu Veysəl Rzayev bıçaqlanıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Mia.az-a bildirilib ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev mübahisə zəminində bıçaq xəsarəti alıb: "O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır".

Hadisəni törədən şəxs axtarılır.

***

Bu gün səhər saatlarında Gəncə şəhərində bıçaqlanma hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.

Mia.az Matc.az-a istinadən xəbər verir ki, "Kəpəz" klubunun futbolçusu Veysəl Rzayevin xəsarət aldığı insident zamanı onun yanında olan şəxsin kimliyi müəyyənləşdirilib.

Əlbəyaxa dava zamanı iştirak edən digər şəxs Gəncə təmsilçisinin sabiq futbolçusu Nihat Fərəcidir. "Kəpəz"in yetirməsi olan Fərəci hazırda icarə əsasında "Şəki Siti" klubunun formasını geyinir.

Qeyd edək ki, 22 yaşlı vinger 2015-ci ildə "Mançester Yunayted"in Yay Futbol Məktəbində iştirak edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Gəncədə futbolçuların iştirakı ilə insident baş verib. Nəticədə Veysəl Rzayev bıçaq xəsarəti alıb. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu qoyulub. Hazırda futbolçunun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA