ASAN könüllülərinin “Gənclər Simpoziumu” layihəsinin bağlanış mərasimi keçirilib

img

03-02-2026 [14:10]


3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Milli Elmlər Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “Gənclər Simpoziumu” layihəsi uğurla yekunlaşıb.

Layihənin əsas məqsədləri gənclərin hüquqi istiqamətdə bilik səviyyəsinin artırılması, konstitusiya, suverenlik, beynəlxalq hüquq və dövlətçiliklə bağlı biliklərin gənclər arasında geniş yayılması və bu mövzularda düşüncələrin formalaşdırılması, gənclərin akademik məqalə yazmaq, elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaq və eləcə də simpozium mövzuları vasitəsilə milli dəyərlərin, tariximizin qəhrəmanlıq səhifələrinin və dövlətə bağlılıq hissinin möhkəmləndirilməsidir.

Layihəyə ümumilikdə 100-dən çox gənc müraciət edib, onlardan 20 nəfər müsahibə mərhələsini uğurla keçərək iştirak hüququ qazanıb.

Simpozium çərçivəsində iştirakçılar arasından seçilən qaliblər I, II və III yerlər üzrə mükafatlandırılaraq təltif ediliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA