Polşada Müdafiə Nazirliyinin əməkdaşı Rusiyaya casusluq ittihamı ilə saxlanılıb

img

03-02-2026 [18:29]


Polşa Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti bu gün saxlanılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, adı açıqlanmayan zabit Rusiyaya casusluq etməkdə ittiham olunub.

Polşa Müdafiə Nazirliyi faktı təsdiqləyib: "Bu səhər uzun müddət xidmət etmiş əməkdaş Müdafiə Nazirliyinin qərargahında saxlanılıb. Şübhəli xarici kəşfiyyat xidməti ilə əməkdaşlıq etməkdə ittiham olunur. Araşdırma davam edir".

Hüseyn Namazov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA