Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb

img

03-02-2026 [17:31]


Mədəniyyət naziri Adil Kərimli Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo ilə görüşüb.

 

Mia.az nazirliyə istinadla xəbər verir ki, Adil Kərimli Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Nazir, həmçinin dövlət tərəfindən mədəniyyət və yaradıcı sənayenin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb.

Görüşdə bu il Azərbaycanda yeddinci dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə də söhbət açılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA