Yusif Bağırzadə: "AMiP ictimai Palatadan çıxmayıb"

img

15-09-2011 [09:10]


Bu gün AMİP-in müvəqqəti qərargahında AMİP sədri Yusif Bağırzadənin 5-9 sentyabrda partiya rəhbərliyinin İsveçə gerçəkləşən rəsmi səfərinın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan AMİP mətbuat və təbliğat katibi Əli Orucov 15 sentyabr Azərbaycan tarixində əlamətdar gün olduğunu qeyd etdi və bildirdi ki, ?bolşevik rejiminin bütün cəhtlərinə baxmayaraq, bu qəhrəmanlıq səlnaməsini xalqımızın qan yaddaşından silməyə gücü çatmadı?. AMİP sədri Y.Bağırzadə AMİP nümayəndə heyətinin İsveçə səfərinin hakim Moderat partiyasının dəvəti ilə baş tutduğunu, bu səfərin çox səviyyəli və məsuldar olduğunu vurğuladı. Partiya sədri bildirdi ki, AMİP rəhbərliyinin ilk görüşü ATƏT-in Parlament Assambleyasının sabiq sədri, Dağlıq Qarabağ üzrə sabiq məruzəçi Qoran Lenmarkerlə olub: ?Bu təsadüfi deyildi Azərbaycan torpaqlarının bir hissəsi 20 ilə yaxındır işğal altındadır. Münaqişənin həllinin prespektivi isə görünmür. Partiya olaraq biz Dağlıq Qarabağ prablemi ilə bağlı son parlament seçkilərindən öncə ictimayətin geniş müzakirəsinə çıxardığımız təkliflər paketini və mövqeyimizi Q. Lenmarkerin diqqətinə çatdırdıq. Keçmiş məruzəçi isə öz mövbəsində münaqişənin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü pirinsiplərinə uyğun həllinə tərəfdar olduğunu dedi.? Hakim Maderat Partiyasının Baş Katibi Sofiya Arkelsten, Xarici Işlər Nazirinin müşaviri Olaf Ehrikona, Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Karin Enstrom, Parlamentin Avropa Birliyi Məsələləri üzrə Komissiyanın üzvü Qustav Bliks, Baş Nazirin İcra Aparatının rəhbəri Kristoffer Tomsonsla keçirilən görüşlərin əsas müzakirə predmetinin Azərbaycanda keçirilən son parlament seçkilərinin nətiçələrinin saxtalaşdırılması, ölkədəki siyasi durum, demokratikləşmə prosesi, demokratik təsisatların və azad medianın vəziyyəti barədə olduğunu?söyləyən AMİP sədri Y.Bağırzadə bildirdi:?İstər bu görüşlərdə, istərsə də digər təmaslarda Azərbaycan haqqında İsveçdə kifayət qədər məlumat var. Siyasi çevrələr ölkəmizdə baş verən hadisələrdən məlumatlıdırlar və onlar bu proseslərə çox diqqət və həssaslıqla yanaşırlar. Xüsusən də, seçkilərin saxtalaşdırılmasından, sivil dəyərlərin pozulmasından, siyasi və hüquqi azadlıqların məhdudlaşdırılmasından, mətbuata davamlı basqılardan narahatdırlar . Bu göruşlərdə adlarını çəkdiyimiz həmin yetkililər Azərbaycanın Avropaya inteqrasiyasına, hüquqi və demokratik cəmiyyətin qurulmasına İsveçın göstərdiyi dəstəyini bundan sonra da əsirgəməyəcəyini çatdırdılar. Moderat Partiyası Gənclər Təşkilatının sədri Erik Bengtzboe, partiyaının Mətbuat Departamentinin rəhbəri Elizabet Preçt, eləcə də, Milli Ombudsmanı Karla Ramsbakla olan görüşlərdə isə AMİP-lə Moderat Partiyasi arasında əməkdaşlığın daha da genişləndirilməsi, birgə tədbirlərin reallaşdırılması partiyadaxili sturukturlar arası əlaqələrin möhkəmləndirilməsi və s. məsələlər haqqında fikir mübadiləsi aparıldı. Səfər çərçivəsində hesab edirəm ki, Stokholm Şəhər Kompaniya Departamentinin rəhbəri Peter Dannered, Hanniq şəhərinin merinin müavini Aleksandra Anstrell keçirilən görüşlər də çox faydalı oldu?. Isveçdəki Azərbaycan diasporasının vəziyyətinə toxunan AMİP-in Beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev dedi:?Bu ölkədə çoxlu sayda soydaşımız yaşayır və onlar İsveçin içtimai-siyasi həyatında fəal iştirak edirlər. Təəssüflər olsun ki, onlar bir qədər pərakəndə və rabitəsiz fəaliyyət göstərirlər. Bu isə siyasi qərarların verilməsində müvafiq dövlət orqanlarına təsirini geniş şəkildə göstərməyə imkan vermir. Yaxşı olardı ki, İsvecdə Azərbaycan diasporunun güclənməsi üçün ciddi addımlar atılsın. Halbuki həmin insanların potensialından, imkanlarından və vətənə d in sevgilərindən bəhrələnmək olar?. Sonda AMİP sədri Y.Bağırzadə mətbuat konfransına qatılan media nümayəndələrini maraqlandiran sualları cavablandırdı və bir sıra məqamlara aydınlıq gətirdi. O, siyasi proseslərdən bir müddət kənar qaldığını səhhətində yaranmış problemlərlə əlaqələndirdi və bundan sonra daha fəal olacağını diqqətə çatdırdi. AMİP-in Ictimai Palatada fəaliyyətini bərpa edib-etməyəcəyi barədə mətbuatda gedən fikirlərə isə belə izah verdi: ?Azərbaycan Milli İstiqlal Partiyası İctimai Palatadan çıxmayıb. AMİP İctimai Palatanın təsisçilərindən biridir və bu qurumda fəaliyyətini sadəcə dayandırıb. Ə.Orucovun mövqeyi partiyanın mövqeyidir və bu məsələ hazırda partiyanın gündəmindədir. Məsələnin yaxın dövrdə AMİP Siyasi Şurasında müzakirəyə çıxarılma ehtimalı da var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA