2 aprel aksiyaçılarının məhkəməsi keçirilib

img

13-09-2011 [02:44]


Sentyabrın 13-də Nəsimi rayon Məhkəməsində 2 aprel məhbuslarından ? Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və Ülvi Quliyevin işi üzrə prosesi davam etdi. Təqsirləndirilən Rüfət Hacıbəyli buna qədər onu müdafiə etmiş vəkil Elçin Namazovun yenidən prosesə qaytarılması üçün məhkəməyə vəsatət təqdim etdi. Hakim Şahin Abdullayev bildirdi ki, qərarını ləğv etmək fikrində deyil. O, sadəcə Vəkillər Kollegiyasının rəyini öyrənmək istəyir. Hakim dedi ki, kollegiyanın Elçin Namazovun vəkillik fəaliyyətinə xitam verib-verməməsi bu iş üçün əhəmiyyətlidir. Ona görə də məhkəmə prosesi sentyabrın 19-a qədər təxirə salındı. Avqustun 27-də Elçin Namazov hakim Şahin Abdullayevlə bir neçə dəfə mübahisə edəndən sonra hakim ona xəbərdarlıq etmişdi. Daha sonra hakim Elçin Namazovu işdən kənarlaşdıraraq onun Vəkillər Kollegiyasından uzaqlaşdırılması üçün kollegiyaya müraciət etmişdi. Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və Ülvi Quliyev İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiyasında saxlanıb. Onlar ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimətdə ittiham olunurlar. Təqsirləndirilənlər ittihamları qəbul etmir. Siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA