ADP idarə Heyətinin növbəti iclası keçirilib

img

12-09-2011 [02:44]


Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai siyasi vəziyyət və təşkilati məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrin sonunda partiya adından bir sıra mühüm hadisələrə dair münasibət bildirilməsi qərarlaşdırılıb. ADP İH Cənubi Azərbaycanın bir sıra şəhərlərində başlayan etiraz aksiyaları və bu zaman aksiyaçılara İran hakimiyyətinin qəddar münasibəti ilə əlaqədar yaranmış vəziyyəti narahatlıqla izlədiyini və aksiyaçıların haqlı tələblərini dəstəklədiyini bir daha qeyd edib. İclasda həmçinin Türkiyə və İsrail dövlətləri arasında yaranmış gərginliyin durmadan artması, bu vəziyyətin bütün bölgə dövlətləri, o cümlədən Azərbaycanın təhlükəsizliyi və siyasi maraqları baxımından narahatlıq doğurduğu qeyd edilib və münaqişənin başlanmasında günahkar olan İsrailin Türkiyədən üzr istəməsi, günahlarını etiraf etməsi üçün bütün dünya ölkələrinin bu ölkəyə təzyiq göstərməsinin vacibliyi bir daha vurğulanıb. Eyni zamanda İsrail xarici işlər nazirinin terroru açıq aydın dəstəkləyən bəyanatını qətiyyətlə pisləyən ADP İH hesab edir ki, dövlətimizin maraqlarına toxunan bu cür bəyanatlara dərhal rəsmi səviyyədə reaksiya verilməlidir. İdarə Heyəti üzvləri ötən həftə Rusiyada baş verən dəhşətli təyyarə qəzasından sarsıldıqlarını bildirmək və həlak olanların yaxınlarına başsağlığı verilməsi məqsədilə bu ölkənin Bakıdakı səfirliyinə məktub göndərilməsini də qərara alıblar. İclasda həmçinin bir sıra digər məsələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA