Müxalifət liderləri Türk zəhidliyini ziyarət ediblər

img

15-09-2011 [03:31]


Bu gün İctimai Palatanın üzvləri Bakının Türkiyə ordusu tərəfindən erməni işğalından azad olunmasının 93-cü ildönümü ilə bağlı Türk şəhidliyini ziyarət ediblər. Mərasimdə İctimai Palatanın rəhbərliyi adında İsa Qəmbər və Əli Kərimli çıxış edib. Müsavat başqanı deyib ki, Azərbaycanın Bakını öz qanıyla, canıyla düşmənlərdən xilas edən türk əsgərlərinə minnət borcu var: "Bu gün Bakının xilası, qurtuluşu günü kimi bütün ölkə ərazisində qeyd olunmalıdır". AXCP sədri Əli Kərimli isə bildirib ki, heç bir dövlət özbaşına yaranmır, dövlətlərin yaranması, oturuşması üçün mütləq qurbanlar vermək lazım gəlir. Bu mənada qəhrəman türk əsgərlərinin rolu böyükdür. Ə.Kərimli də Türkiyə-Azərbaycan münasibətlərinin iqtidarda kimlərin olmasında asılı olmayaraq həmişə qardaşlıq, dostluq müstəvisində qalmalı olduğunu qeyd edib. Liderlər Türkiyə-Azərbaycan dostluğuna dair mesajlar verib, tarixi nailiyyətin əhəmiyyətini qeyd ediblər. Ziyarət mərasimində İctimai Palatanın 1000 nəfərə yaxın üzvü və tərəfdarları iştirak edib. Mərasimdən geniş reportaj təqdim edəcəyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA