Eynulla Fətullayev Dunya Myatoviçlə görüzüb

img

09-09-2011 [02:55]


Vyanada səfərdə olan ?İnsan Haqları Uğrunda? İctimai Hərəkatın sədri Eynulla Fətullayev ATƏT-in söz azadlığı üzrə komissarlığının ofisində komissar Dunya Myatoviç başda olmaqla qurumun heyəti ilə görüşüb. MIA-nın məlumatına görə, görüşdə Eynulla Fətullayev Azərbaycanda söz azadlığının durumu, gənc fəallar Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin həbsləri, ?Azadlıq? qəzetinin saytının dağıdılması barədə qarşı tərəfi məlumatlandırıb. Görüş Dunya Myatoviçin ad gününə təsadüf etdiyindən E. Fətullayev onu təbrik edib, öz növbəsində komissar ?mənim üçün ən böyük hədiyyə sənin azadlıqda olmağındır? deyə bildirib. E. Fətullayev daha sonra Sərhədsiz Reportyorlar Təşkilatının Avstriya nümayəndəliyində olub və Azərbaycan mətbuatının vəziyyəti barədə müzakirələr aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA